Qarsda yeni doğulan körpənin ölümü ilə bağlı başlanmış araşdırma çərçivəsində məzar açılaraq ekspertiza aparılıb. Bir günlük oğlan uşağının ağzına salfet qoyularaq qətlə yetirildiyi müəyyən edilib.
Bizim.Media xəbər verir ki, H.K. adlı qadın doğumdan sonra xəstəxanadan evə buraxılıb.
Daha sonra xəstəxana işçilərinin əlaqə saxladığı qadın körpəsinin öldüyünü və dəfn olunduğunu bildirib. Vəziyyət şübhəli göründüyündən Qars Respublika Prokurorluğunun göstərişi ilə araşdırma başlanıb.
Məzarın açılması nəticəsində aparılan ilkin yoxlamada körpənin ağzına salfet qoyularaq boğulduğu üzə çıxıb.
İstintaq çərçivəsində ana H.K., nənə B.E. və baba S.E. saxlanılıb. Məhkəmə qarşısına çıxarılan ana və nənə həbs olunub, baba isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Bizim.Media