Milli Məclisdə rüşvətxorluqla bağlı məlumat verənlərin mükafatlandırılması təklif olunub.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Hikmət Babaoğlu Milli Məclisin payız sessiyasının bugünkü iclasında çıxış edib.
“Çünki korrupsiyaya yol verən səlahiyyətli şəxs sonradan bunu ört-basdır etmək üçün onun bir qismini rüşvət şəklində korrupsiyanı ifşa edəcək şəxslərə verir. Biz gələcəkdə qanunvericilikdə boşluq olmamaq üçün bunu tətbiq edə bilərik” – deyə Milli Məclisin üzvü bildirib.
Qeyd edək ki, Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi daxil edilib.
Günay Şahmar, Bizim.Media