Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar yerüstü nəqliyyata tələbatın artması dayanacaqlarda sərnişin sıxlığını da artırıb. Xüsusilə 28 May Nəqliyyat Mübadilə Mərkəzi kimi insanların sıx toplaşdığı ərazilərdə “BakıKart” ödəniş terminallarına ehtiyac daha da aktuallaşıb.

Hazırda ictimai nəqliyyatda ödəniş üçün müxtəlif imkanlar mövcuddur. Ancaq bu üsullar bütün sərnişinlər üçün eyni dərəcədə əlçatan deyil. Xüsusilə QR kodla ödənişdən istifadə etməkdə çətinlik çəkən yaşlılar və bank kartı olmayan azyaşlılar üçün “BakıKart” terminallarının əlçatan olması vacibdir.

Bəs avtobuslara tələbatın artdığı bir vaxtda dayanacaqlarda BakıKart ödəniş terminallarının sayının artırılması və yeni terminalların quraşdırılması gözlənilirmi?

Bizim.Media mövzuyla əlaqədar BakıKart-a sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli sorğumuza cavab olaraq bildirib ki, hazırda mövcud “Bakıkart” aparatları sərnişin tələbatıını qarşılayır: 

 “28 May Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında, metro stansiyasının çıxış hissəsində sərnişinlərin istifadəsi üçün 2 ədəd “BakıKart” ödəniş aparatı mövcuddur. Eyni zamanda, metro stansiyasının daxilində də kifayət sayda “BakıKart” aparatı fəaliyyət göstərir.

Hazırda sözügedən ərazidə “BakıKart” xidmətlərindən istifadə üçün mövcud imkanlar sərnişin tələbatını qarşılayır.

Digər metroətrafı dayanacaqlarda əlavə ödəniş aparatlarının quraşdırılması məsələsi isə sərnişin axını və tələbat nəzərə alınmaqla ayrıca qiymətləndirilə bilər”,-deyə  verilən açıqlamada qeyd edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO