Türkiyədə, Qaziantepin Nurdağı rayonunda Hatay və Qaziantep arasında hərəkət edən sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub. Nəticədə 7 nəfər həyatını itirib, 13 nəfər isə xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə haberler.com saytı yazıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə, polis, jandarma, AFAD, təcili tibbi yardım və Milli Tibbi Xilasetmə Qrupu (UMKE) briqadaları cəlb edilib.
Bizim.Media