Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb

Bakıda xeyli insanı dələduzluq yolu ilə aldadaraq onların 500 min manatadək pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Cəlilov və Habil Quliyevin barələrindəki cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclas zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən A.Ə. təqsirləndirilən Orxan Cəlilovun özünü həkim kimi tanıtdığını bildirib:

"3 il qabaq torpaq sahəsi almaq istəyəndə makler vasitəsilə Orxanı tanıdım. Torpağı göstərəndə, ona 4000 manata yaxın pulu verdim. Onu ilk dəfə həmin gün görmüşdüm. Deyirdi ki, torpaqların hamısı onun yeridir. Tikintiyə başlayanda tanımadığımız adamlar tökülüşüb üstümə gəldilər ki, bizim ərazimizdə qanunsuz tikinti başlamısınız. İş polisdə araşdırıldı. Sənədlərin saxta olduğunu o zaman bildik".

Zərərçəkən A.B. hərbiçi olduğunu, qardaşı vasitəsi ilə torpaq sahəsini aldığını deyib:

"Mən 2023-cü ildə keçirilən antiterror əməliyyatları zamanı yaralanıb hospitalda müalicə alırdım. Torpaq almaq istəyirdim, durumuma görə bu işi qardaşıma həvalə etdim. Hospitaldan çıxıb gələndən sonra sənədlərin saxta olduğunu bildim. Bu adama 10 700 manat vermişdik. Pulum qaytarılmayıb".

Növbəti iclas 23 sentyabra təyin olunub.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs - Orxan Cəlilov və Habil Məmmədov sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək, Xəzər rayonu və digər ərazilərdə eyni torpaqları 50 nəfərə yaxın vətəndaşa satmaqda və 500 min manatadək pul mənimsəməkdə ittiham olunurlar.

Bildirilir ki, təqsirləndirilən şəxslər sənədləşmə prosesində iştirak edərək, saxta torpaqların sahibi qismində özlərini müştərilərə təqdim ediblər.

Orxan Cəlilov Habil Quliyevi bir çox müştərilərə dayısı kimi təqdim edərək, satılan torpağın onun adına olduğunu bildirib. Vətəndaşların şikayətləri əsasında faktla bağlı cinayət işi başlanılıb.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

Zubir “Qarabağ”a qayıdır? – Rəsmi

Toy olmayacaq - "Bir oyun idi, bitdi"

Toy olmayacaq - "Bir oyun idi, bitdi"

Zərdabda su KƏSİLƏCƏK

Zərdabda su KƏSİLƏCƏK

Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

Rusiya və Türkiyə bu sahədə razılığa gəldi – Moskvada NÖVBƏTİ RAUND

90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? - VİDEO

Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO

Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO

İsmayıllıdakı toyda 40 nəfərin zəhərlənməsinə düyü səbəb olubmuş... – RƏSMİ

İsmayıllıdakı toyda 40 nəfərin zəhərlənməsinə düyü səbəb olubmuş... – RƏSMİ

1 viza ilə 6 ölkəni gəzmək imkanı - Tarixi qərar

1 viza ilə 6 ölkəni gəzmək imkanı - Tarixi qərar

Abşeronda qəbiristanlıqda soyğunçuluq edən şəxs SAXLANILDI

Abşeronda qəbiristanlıqda soyğunçuluq edən şəxs SAXLANILDI

Bakıda bəzi biznesləri çökdürən səbəb – Restoran sahibləri nədən NARAZILIQ EDİR?

Bakıda bəzi biznesləri çökdürən səbəb – Restoran sahibləri nədən NARAZILIQ EDİR?

Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - FOTO

Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - FOTO

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başlayır – VİDEO

Valideynlərin NƏZƏRİNƏ – Özəl bağçalara qeydiyyat başlayır – VİDEO

Zatulin: Rusiya Ermənistanın şantajına boyun əyməyəcək

Zatulin: Rusiya Ermənistanın şantajına boyun əyməyəcək

Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Lənkəranda fəaliyyət göstərən mehmanxanaların sayı AÇIQLANDI

Firuzə İbadova xəstəxanaya yerləşdirildi

Firuzə İbadova xəstəxanaya yerləşdirildi

Dilan Polatın nişanda "Vanlı Kara Haydar"a dediyi sözlər yenidən gündəm oldu – VİDEO

Dilan Polatın nişanda "Vanlı Kara Haydar"a dediyi sözlər yenidən gündəm oldu – VİDEO

Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb

Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Uşaqlar üçün GİZLİ TƏHLÜKƏ: Telefon və planşetlərin daha bir qorxunc fəsadı ÜZƏ ÇIXDI

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı- Saxlanılan var - Foto

Xalq artisti son mənzilə yola salındı – FOTO

Xalq artisti son mənzilə yola salındı – FOTO

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

İsrail Britaniyalı diplomatları ölkədən çıxarır

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

Doğum tarixinə görə insanları ən yaxşı tanıyan 4 qrup

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

7 dəfə əməliyyat keçirən model VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO