"Qarabağ" futbol klubunda U-12 qızlardan ibarət komanda yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Qarabağ"ın mətbuat xidməti yayıb.
Bildirilib ki, yeni yaradılan komanda artıq məşqlərə başlayıb. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Gülyana Özcanın rəhbərlik edəcəyi kollektiv oktyabr ayından etibarən U-12 Qızlar Liqasında mübarizə aparacaq.
Həmçinin "Qarabağ" Qadın Futbolu Departamentinin rəhbəri vəzifəsinə Vüsal Həsənovun təyin olunduğu açıqlanıb. (Oxu.az)
Bizim.Media