Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin NSN ilə söhbətində Rusiya və Ermənistan arasında ticarət-iqtisadi münasibətlərdə güzəştlərin mümkünlüyünü qiymətləndirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə bu, baş verməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Parlamentari vurğulayıb ki, qarşılıqlı münasibətlərdəki bütün pisləşmələr İrəvanın Moskvanın rəqibləri ilə yaxınlaşması ilə bağlıdır.
"Müvafiq təmaslara baxmayaraq, cənab Paşinyan hakimiyyətdə olduğu müddətcə heç bir güzəşt olmayacaq", – deyə Zatulin bildirib.
O əlavə edib ki, Rusiya Ermənistanın şantajına boyun əyməyəcək. Deputat həmçinin hesab edir ki, baş nazir Avropa İttifaqına daxil olmaqla bağlı referendumu uduzmaqdan qorxduğu üçün keçirməyəcək.
Bizim.Media