Türkiyədə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları “Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında Qanun”a zidd fəaliyyətlə bağlı araşdırmaya başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Haber7” nəşri yazıb.
Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən göndərilən raportu araşdıran əməkdaşlar döyüş bölgələri ilə əlaqəli şəxslərlə əlaqədə olduğu ehtimal edilən şübhəliləri müəyyən ediblər.
Araşdırma zamanı şübhəlilərin İŞİD və digər terror təşkilatları ilə bağlı barələrində hüquqi tədbirlər görülmüş çoxsaylı şəxslərlə pul köçürmələri həyata keçirdikləri müəyyən olunub.
Polis əməkdaşlarının sentyabrın 8-də müəyyən edilmiş ünvanlara eyni vaxtda keçirdikləri əməliyyat zamanı 9 şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.
Bizim.Media