Küləkli hava şəraiti ilə əlaqədar Bakıda 27 ağac sınıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
“Sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 27 ağac sınıb, 25 ağacın budaqları qırılıb.
Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Sınan ağaclar və qırılan budaqlar növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib”,-deyə açıqlamada qeyd edilib.






Nəzrin Mirzəyeva, Bizim.Media