“Star-M”, “ŞANS” və “ZAMİQ” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmov eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilib.
Bizim.Media xəbər verir ki, istintaqa görə, saxta müqavilə və maliyyə arayışları ilə 5 şəxsdən ümumilikdə 485 min manat pul ələ keçirilib.
Məhkəmə Məhərrəm Məhərrəmovu 8 il müddətinə azadlıqdan məhrum edib.
O, əlavə olaraq 3 il dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilib.
Dövlət ittihamçısı 9 il 6 ay həbs cəzası istəmişdi. (aqreqator.az)
Bizim.Media