“PISA 2025-in nəticələri göstərir ki, Azərbaycanda qızların nəticələri oğlanlardan daha yüksəkdir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib.
Nazirin sözlərinə görə, kənd məktəbindən şəhər məktəbinə keçdikcə orta bal 102 bala qədər artır:
"Kənd və kiçik şəhər məktəblərində orta nəticə baza həddindən aşağıdır. Metropol məktəblərində isə orta bal baza həddindən 49 bal yüksəkdir. Bu nəticələr az şagird sayı olan siniflərdə tədrisin keyfiyyətinin daha yüksək olması fikrinin doğru olmadığını göstərir".
Qeyd edək ki, PISA 2025 çərçivəsində Azərbaycan üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunması nəzərdə tutulub.
Əvvəlki iki dövrdən fərqli olaraq bütün regionların prosesə daxil edilməsi ölkə səviyyəsində daha geniş məlumat əldə etmək baxımından mühüm addımdır.
Fəridə, Bizim.Media