Vətən müharibəsindən sonra 438 nəfər mina qurbanı olub - Vüqar Süleymanov

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanda 438 nəfər mina və digər partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

O bildirib ki, təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır.

V.Süleymanovun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellər, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır.

Bununla yanaşı, münaqişələrdən sonra qalan mina və digər partlayıcı sursatlar əhalinin təhlükəsizliyinə, infrastruktur layihələrinə, kənd təsərrüfatına, şəhərsalma prosesinə və insanların doğma yurdlarına qayıdışına ciddi maneələr yaradır.

“Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ərazilərimizin işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina ilə çirkləndirilib”, - deyə ANAMA sədri qeyd edib.

O vurğulayıb ki, mina təhlükəsinin miqyası yalnız mina və partlayıcı qurğuların sayı ilə ölçülmür.

“Mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən problemdir”, - deyə V.Süleymanov bildirib.

ANAMA sədri qeyd edib ki, minalarla çirklənmiş ərazilər ekosistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdid yaradır.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinin başa çatmasından etibarən ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300 565 hektar ərazi təmizlənib və 261 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

O bildirib ki, erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31 037 hektar, kənd təsərrüfatı üçün 132 447 hektar, yaşayış infrastrukturunun inkişafı üçün 71 202 hektar, energetika infrastrukturu üçün 12 443 hektar, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8 447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib.

V.Süleymanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təmin edilməsi məqsədilə minatəmizləmə prosesi ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir.

“Minalardan təmizlənmiş hər hektar torpaq gələcək üçün açılmış yeni bir imkandır”, - deyə o vurğulayıb.

ANAMA sədri bildirib ki, Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir.

Onun sözlərinə görə, təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuların aşkarlanması üçün detektor və maqnetik-lokatorlardan, dərin axtarış cihazlarından, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS avadanlıqlarından istifadə olunur.

Bundan başqa, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələri, ərazinin daha dəqiq öyrənilməsi və tədqiqi üçün isə pilotsuz uçuş aparatları tətbiq edilir.

“Azərbaycan bu sahədə öz təcrübəsini inkişaf etdirməyə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazırdır. Biz inanırıq ki, süni intellekt, rəqəmsal texnologiyalar və erkən xəbərdarlıq mexanizmləri insanların həyatının qorunmasına, risklərin azaldılmasına və təhlükəsiz inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər”, - deyə V.Süleymanov əlavə edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ İran yaxınlığında 250-dən çox hərbi təyyarə saxlayır

ABŞ İran yaxınlığında 250-dən çox hərbi təyyarə saxlayır

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

Ruslan Əlixanov vəzifəsindən azad edildi

Ruslan Əlixanov vəzifəsindən azad edildi

Sabahın havası: Bəzi yerlərdə yağış yağacaq

Sabahın havası: Bəzi yerlərdə yağış yağacaq

Güclü külək Bakıda hansı fəsadlar törədib? – RƏSMİ AÇIQLAMA - FOTO

Güclü külək Bakıda hansı fəsadlar törədib? – RƏSMİ AÇIQLAMA - FOTO

Şagirdlər üçün yeni QİYMƏTLƏNDİRMƏ PROQRAMI – Yalnız seçilmiş məktəblərdə aparılacaq – RƏSMİ

Şagirdlər üçün yeni QİYMƏTLƏNDİRMƏ PROQRAMI – Yalnız seçilmiş məktəblərdə aparılacaq – RƏSMİ

Aeroportda ƏMƏLİYYAT: 78 minlik dərmanı sobanın içərisində keçirmək istədi – FOTO

Aeroportda ƏMƏLİYYAT: 78 minlik dərmanı sobanın içərisində keçirmək istədi – FOTO

Emin Əmrullayev: “Dərslikdən şeir oxumaq oxu bacarığı deyil”

Emin Əmrullayev: “Dərslikdən şeir oxumaq oxu bacarığı deyil”

Bu şəxslər pensiya ala bilməyəcək - Nazirlikdən açıqlama

Bu şəxslər pensiya ala bilməyəcək - Nazirlikdən açıqlama

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO

Qızının ad gününü belə təbrik etdi

Qızının ad gününü belə təbrik etdi

MTK rəhbərinə 8 il həbs cəzası verildi

MTK rəhbərinə 8 il həbs cəzası verildi

Nazir: “15 yaşlı qızların nəticələri oğlanları üstələyib”

Nazir: “15 yaşlı qızların nəticələri oğlanları üstələyib”

Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… - Açıqlama

Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… - Açıqlama

Nazir: “Oxu bacarıqlarını mən deyil, müəllim dəyişə bilər”

Nazir: “Oxu bacarıqlarını mən deyil, müəllim dəyişə bilər”

İlham Əliyevdən Şimali Makedoniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Şimali Makedoniya Prezidentinə MƏKTUB

Vətən müharibəsindən sonra 438 nəfər mina qurbanı olub - Vüqar Süleymanov

Vətən müharibəsindən sonra 438 nəfər mina qurbanı olub - Vüqar Süleymanov

Nənə-baba “dayə”yə çevrilir –Uşaq tərbiyəsində dəyişən ailə modeli

Nənə-baba “dayə”yə çevrilir –Uşaq tərbiyəsində dəyişən ailə modeli

2,9 saniyəyə 100 km/saat— Çinin yeni elektrikli "canavarı" neçəyə satılır? - VİDEO

2,9 saniyəyə 100 km/saat— Çinin yeni elektrikli "canavarı" neçəyə satılır? - VİDEO

Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”

Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”

ADNSU-da yeni "Bərpa olunan enerji" laboratoriyası açıldı - VİDEO

ADNSU-da yeni "Bərpa olunan enerji" laboratoriyası açıldı - VİDEO

Bakı bu göstəriciyə görə dünyada 29-cu YERDƏDİR

Bakı bu göstəriciyə görə dünyada 29-cu YERDƏDİR

Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO

Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO

Nazir: “Təhsil siyasəti ayrı-ayrı rəylərə söykənməməlidir”

Nazir: “Təhsil siyasəti ayrı-ayrı rəylərə söykənməməlidir”

End of content

No more pages to load

RADİO