Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qərar qəbul olunub.
Bildirilib ki, AİH-in baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.
Qərardan irəli gələrək holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Bizim.Media