Putin onları yola salan kimi bu ölkəyə getdi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri yekunlaşıb.

Moskvada və Kiyevdə üçtərəfli görüşün keçirilməsi imkanları müzakirə edilib. Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Ancaq bu irəliləyişin nədən ibarət olduğu haqqında detallı açıqlama verməyib.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində qeyd edib.

O xatırladıb ki, Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib:

“Yəqin Vaşinqton hər iki tərəfin konkret güzəştlərini də müəyyənləşdirib. Moskvanın güzəşti bəlli deyil, əksinə, Rusiya Prezidenti Kiyevdən Donbasın tamamını tələb edir. Kiyevin buna razılaşması mümkün deyil. Bu səbəbdən tərəflərin qarşılıqlı güzəştlərlə müharibəni dayandıracaqları ehtimalı azdır.
 

Vladimir Putin Donald Trampın nümayəndələrini yola saldıqdan dərhal sonra Şimali Koreyaya səfər edib. Bu o deməkdir ki, Rusiya Prezidentinin müharibəni dayandırmaq fikri yoxdur. Çünki Vladimir Putinin Şimali Koreyaya səfəri yenidən bu ölkədən daha çox raket əldə etməkdən və koreyalıları cəbhə bölgəsinə göndərməkdən ibarətdir.


Rusiyanın özündə də hərbi texnika istehsalı genişlənib. “Telegraf” və “Politiko” nəşrlərinin birgə araşdırmasına görə, Çinin dövlət şirkəti Rusiyaya yüzlərlə kamikadze dronunun istehsalı üçün materiallar təchiz edib.

Hissələr Rusiyanın ən böyük enerji istehsalçısı ilə əlaqəli bir şirkətə göndərilib. Nəşrlərin əldə etdiyi sənədlərə görə, həmin şirkət avqust ayında Ukraynanın mərkəzindəki ticarət mərkəzinə hücum etmək üçün istifadə edilən və ən azı 16 nəfərin ölümünə səbəb olan “Geran” dronlarını istehsal edir.

Vaşinqton dəfələrlə Pekini müdafiə sənayesində istifadə edilə bilən və birbaşa Rusiya ordusuna gedən ikili təyinatlı əşyalarla təmin etməkdə günahlandırıb. ABŞ Dövlət Departamentinin ötənilki bəyanatında Rusiyanın müharibə səylərini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilmişdi.
 

Nəşrlərdə yayımlanan məqalə Çin lideri Si Szinpini çətin vəziyyətə salıb. O, bu ayın sonlarında ABŞ səfər edərək Ağ Ev sahibi Donald Trampla müxtəlif mövzuları müzakirə edəcək. Tramp daha əvvəl Si Szinpindən Rusiya və İranı silanlandırmamağı xahiş etmişdi. Ancaq bu xahişin yerinə yetirildiyini söyləmək çətindir.


Qərb ekspertləri hesab edirlər ki, Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çin lideri Si isə Vladimir Putinlə son görüşündə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyini bildirib.

Bayden administrasiyasında dövlət katibinin keçmiş müavini Kurt Kempbell bildirib ki, Çində Rusiyanın hərbi sənaye kompleksinə ikili təyinatlı imkanlar təqdim edən şirkətlərin sayı hazırda onlarladır və bu əlaqələr dərindir. O əlavə edib ki, bunun müqabilində Moskva Pekinə "axtardıqları bəzi hərbi imkanları" təkmilləşdirmək üçün texnologiya transferləri təmin edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO