Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu barədə Acarıstanın “Batumelebi” nəşri yazıb.
Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyindən “Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.

Bizim.Media