Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə ərazisinin işğalına görə Rusiyanı ittiham edib.
Bizim.Media xəbər verir ki, Kobaxidze Rusiyanın Gürcüstan ərazilərini işğal edən yeganə dövlət və tərəf olduğunu bildirib.
“İşğala gəlincə, burada hər şey tamamilə aydındır. Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal edib. Bu, Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayət olub. Bu, Gürcüstan dövləti və gürcü xalqına qarşı törədilmiş tamamilə aşkar cinayətdir”, – deyə baş nazir vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, işğaldan sonra Rusiya tərəfindən Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyinin tanınması baş verib.
Bizim.Media