Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dörd ölkəyə və bir beynəlxalq nümayəndəliyə edilən səfir təyinatları "Türkiyə Respublikasının Rəsmi Qəzeti"ndə dərc olunub.
Bizim.Media xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə verilən təyinat qərarlarına əsasən, Mustafa Levent Bilgən Türkiyənin Ukraynadakı səfiri vəzifəsindən geri çağırılaraq Türkiyənin İslandiya Respublikasındakı səfiri təyin edilib.
Fatma Ceren Yazqan Türkiyənin Niderland Krallığındakı səfiri vəzifəsindən geri çağırılaraq Türkiyənin Ukraynadakı səfiri təyin olunub.
BMT-nin Cenevrə Ofisi yanında Türkiyənin daimi nümayəndəsi Burak Akçapar Türkiyənin Niderland Krallığındakı səfiri təyin edilib.
Ayşə Sözən Usluər isə BMT-nin Cenevrə Ofisi yanında Türkiyənin daimi nümayəndəsi vəzifəsinə təyin olunub.
Bildirilib ki, təyinatlar Prezidentin 3 saylı Fərmanının 2, 3 və 4-cü maddələrinə uyğun olaraq həyata keçirilib.
Bizim.Media