Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini 2026-cı ilin sonuna qədər dərc etməyi planlaşdırır. Layihədə Azərbaycanla bağlı ərazi iddialarının yer aldığı müddəaların dəyişdirilməsi Bakının sülh sazişinin imzalanması üçün əsas şərtlərindən biri hesab olunur.

Yeni Konstitusiyanın qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələb olunur. Lakin referendumun tarixinin müəyyənləşdirilməsi və prosesin parlamentdən keçirilməsi Paşinyan hökuməti üçün ciddi siyasi problem yaradır.

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının Milli Assambleyada konstitusiya çoxluğunu təmin etmək üçün kifayət qədər səsi yoxdur.

Ermənistan Konstitusiyasına əsasən, referendumun keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün parlamentdə üçdə iki səs çoxluğu tələb olunur. 105 deputatdan ibarət parlamentdə bu, ən azı 70 səs deməkdir. Hakim partiyanın isə bu göstəriciyə çatması üçün ən azı 6 səsə ehtiyacı var.

Bizim.Media xəbər verir ki, məsələni haqqin.az-a şərh edən erməni analitik, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin və Armenian Council-un assosiativ eksperti Samvel Meliksetyan bildirib ki, yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim edildikdən sonra Milli Assambleyaya göndərilməlidir.

Bundan sonra parlament referendumun keçirilməsi tarixini müəyyən edə bilər.

Onun sözlərinə görə, referendumda yeni əsas qanunun qəbul edilməsi üçün iştirak edən seçicilərin 50 faizindən çoxunun səsi kifayətdir. Lakin “lehinə” səs verənlərin sayı bütün seçicilərin ən azı 25 faizini təşkil etməlidir.
 

Meliksetyan qeyd edib ki, iyunun 7-də keçirilən parlament seçkilərində Ermənistanda seçicilərin ümumi sayı təxminən 2,5 milyon nəfər olub. Buna görə yeni Konstitusiyanın qəbul edilməsi üçün azı 625 min seçicinin “lehinə” səs verməsi lazımdır. Eyni zamanda referendumda iştirak edənlərin sayı ən azı 1 milyon 250 min nəfər və bir səs olmalıdır.


Ekspertin fikrincə, potensial olaraq Paşinyanın bu seçici resursu mövcuddur. Belə ki, parlament seçkilərində onun rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasına 735 min seçici səs verib.

Lakin əsas problem referendumun parlament mərhələsindədir.

“Konstitusiya dövlətin fundamental əsasını təşkil etdiyindən, onun qəbul edilməsi siyasi qüvvələr arasında konsensus və üçdə iki səs çoxluğu tələb edir. Məhz buna görə yalnız Ermənistanda deyil, əksər ölkələrdə Konstitusiyaya dəyişikliklərin edilməsi və xüsusilə yeni əsas qanunun qəbul olunması mürəkkəb prosedurlarla həyata keçirilir”, – deyə Meliksetyan bildirib.

O vurğulayıb ki, hazırkı siyasi konfiqurasiya fonunda müxalifət deputatlarının Paşinyan hökumətinin təşəbbüsünü dəstəkləməsi ehtimalı olduqca aşağıdır.
 

Ekspertin fikrincə, müxalifətin referendumun keçirilməsinin təşəbbüskarı kimi çıxış etməsi hakim partiyanın təşəbbüsünün qalib gəlməsinə böyük ehtimalla yol açacaq və bu səbəbdən müxalifət belə addımda maraqlı deyil.


Meliksetyan Ermənistan-Rusiya münasibətlərində dərinləşən böhranın da prosesə təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi müxalifət üzərindəki təsir imkanlarından istifadə etməklə Ermənistan hakimiyyətinə təzyiq göstərməyə və referendum təşəbbüsünün həyata keçirilməsinə mane olmağa çalışa bilər.

Analitik qeyd edib ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan referendumun təşəbbüsə çıxarılmasının alternativ yolunun mövcudluğundan danışsa da, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun parlamentdən yan keçməklə keçirilməsini nəzərdə tutan konkret hüquqi mexanizm yoxdur.

Meliksetyan həmçinin Ermənistan Konstitusiyasının preambulasında istinad edilən sənədlərlə bağlı alternativ variantın müzakirə oluna biləcəyini bildirib.

Onun sözlərinə görə, söhbət Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də Ermənistan SSR ilə “Dağlıq Qarabağ”ın “birləşdirilməsi” barədə qəbul etdiyi qərardan gedir.
 

Ekspert həmin qərarın yeni parlament qərarı və ya Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilməsinin mümkün olub-olmadığının əlavə hüquqi araşdırma tələb etdiyini vurğulayıb.


Beləliklə, Ermənistan hökuməti yeni Konstitusiya layihəsinin hazırlanması istiqamətində irəliləsə də, sənədin parlamentdən keçirilməsi və referendumun təşkili qarşıda ciddi siyasi və hüquqi maneələrin olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO