Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib.
Məlumata görə, dron gəmi Taman istiqamətində hərəkət edərkən heyətin qaldığı yaşayış məntəqələrinə dəyib.
Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək.



Bizim.Media