İran tərəfi şimal və cənub marşrutlarının fəaliyyəti dayandırıldıqdan sonra Omanla əldə olunmuş razılaşmaya əsasən Hörmüz boğazına girişə nəzarəti həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
İran XİN-dəki mənbənin bildirdiyinə görə, müəyyən edilmiş müddət bitdikdən sonra gəmilərin şimal və cənub dəhlizləri vasitəsilə hərəkəti bağlanacaq. Bütün gəmiçilik mərkəzi marşruta keçəcək, bu zaman girişə nəzarəti İran həyata keçirəcək, çıxışa görə isə İran və Oman birgə məsuliyyət daşıyacaqlar. Hörmüz boğazının şimal və cənub yollarından hələlik istifadə edilməsinə davam olunacaq.
Mənbə bildirir ki, İran və Oman arasında yükün dəyərinin 3% və ya 7%-i həcmində sabit tariflə bağlı fikir ayrılıqlarının olması barədə şayiələr yalandır, çünki Hörmüz boğazından keçid üçün xidmət haqlarının məbləği faktiki olaraq göstərilən xidmətlərin həcmi ilə müəyyən ediləcək.
Bizim.Media