Ermənistan parlamentnin sədri Ruben Rubinyanın dünən “Türkiyədə Adana kababı yedim. Çox xoşuma gəldi, möhtəşəm dadı vardı” sözləri Türkiyə və Ermənistanda böyük marağa səbəb olub.
Bizim.Media xəbər verir ki, adanalı kabab ustası Uğur Aydın mövzu ilə bağlı bildirib ki, bu dadı anlamaq üçün Adana kababını yerində yemək lazımdır və onu şəhərə dəvət edib.
“Hamı oturub kabab yesə, sülh yaranar, hər şey həll olunar”, – deyə o vurğulayıb.
Bizim.Media