Enerji sisteminin istehsal və ötürücü şəbəkələrində yaranmış qəza vəziyyəti Ermənistanın beş vilayətinin bir sıra şəhərlərində və ətraf kəndlərində elektrik enerjisinin verilişinin tamamilə kəsilməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkəti "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Mətbuat xidmətindən bildirilib ki, dispetçer məhdudiyyətləri Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində tətbiq edilib.
Hazırda respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və sistem operatorunun mütəxəssisləri elektrik enerjisinin verilişini qısa müddətdə bərpa etmək üçün təcili qəza-bərpa işləri həyata keçirirlər.
Bizim.Media