Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tərəfindən yaradılan "Vahid Milli Hərəkat" Partiyası siyasi qüvvə deyil, "cinayətkar qruplaşma"dır.
Bizim.Media xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib.
"Milli Hərəkat” artıq maraqlı deyil. Bu, keçmişin partiyasıdır. Bu, doqquz il ərzində ölkəni idarə edən və hakimiyyətin necə olmamalı olduğunu hər kəsə göstərən bir qruplaşmadır. Bu gün isə müxalifətdə olaraq müxalifətin necə olmamalı olduğunu nümayiş etdirir. Bu, cinayətkar qruplaşmadır", – deyə Kaladze qeyd edib.
Bizim.Media