İrəvanda məhkəmə zalından təqsirləndirilən şəxs qaçıb. Onun hələ də saxlanılmadığı bildirilir.
Bizim.Media xəbər verir ki, hadisə avqustun 3-də paytaxtın Nor Nork rayonunda baş verib. Bu barədə kriminal xəbərlər saytı Shamshyan.com məlumat yayıb.
Belə ki, məhkəmə iclasına gətirilən və həbsdə olan şəxs naməlum şəraitdə məhkəmə binasından qaçıb.
24News məhkəmə departamentinə istinadən yazır ki, təqsirləndirilən şəxs məhkəmənin onun barəsində həbs qərarı elan etməsindən sonra qaçıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media