İstanbulun Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş həbs edilib.
Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, Sinem Dedetaş tikinti və istismar icazələrinin verilməsi prosesində qanunsuzluqlara yol verilməsi ilə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədildiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə daha dörd şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.
Bizim.Media