"Efko" Şirkətlər Qrupunun direktorlar şurasının sədri Valeri Kustov və şirkətin baş direktoru Yevgeni Lyaşenko mənimsəmə işi üzrə saxlanılıblar.
Bizim.Media xəbər verir ki, Moskvadakı Meşşanski Məhkəməsindən “İnterfak”s agentliyinə verilən məlumata görə, istintaq orqanının Kustov və Lyaşenkonun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərinə hazırda baxılır.
Məhkəmənin məlumatına görə, hər iki şəxs xüsusilə külli miqdarda dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə yolu ilə mənimsəmə törətməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi) ittiham olunur. Bu ittiham üzrə cəza 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
"Efko" – yağ-piy sənayesinin bir neçə müəssisəsini idarə edən Rusiya şirkətidir. Şirkət Rusiyanın ən böyük xüsusi piylər və marqarin istehsalçısıdır, həmçinin mayonez, bitki yağları, ketçuplar, süd və süd məhsulları istehsal edir. Müəssisə Rusiya aqrosənaye kompleksinin ən böyük üç şirkətindən biridir.
Şirkətin rəhbəri Valeri Kustov Forbes jurnalının Rusiyanın milyarderləri siyahısında 144-cü yerdə qərarlaşıb.
Bizim.Media