Türkiyənin İstanbul şəhər rəhbərliyi bütün məktəb və təhsil müəssisələrində namaz qılmaq üçün xüsusi otaqların yaradılması barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, yeni inşa ediləcək məktəblərin layihələrində bu cür otaqlar əvvəlcədən nəzərdə tutulacaq.
Artıq fəaliyyət göstərən təhsil müəssisələrində isə rəhbərliklərə namaz otaqları üçün ayrıca məkan ayırmaq tapşırılıb.
Məlumata görə, təşəbbüsün məqsədi şagird və müəllimlərin, eləcə də digər əməkdaşların tədris prosesini dayandırmadan, cümə namazı da daxil olmaqla dini ibadətlərini yerinə yetirmələri üçün şərait yaratmaqdır.

Bizim.Media