Ermənistanın Gümrü şəhərində Ara Naxşkaryan saxlanılıb. Məlumata görə, o, Daşnaksütyun partiyasının üzvü olub və "Ermənistan" blokunun seçki siyahısında yer alıb.
Bizim.Media xəbər verir ki, erməni KİV-lərinin məlumatına əsasən, Naxşkaryan bu gün səhər tezdən yaşadığı evdən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb.
Onun vəkili Abrasim Atoyan bildirib ki, Ara Naxşkaryan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində saxlanılır. Hazırda saxlanılmanın səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, bu, son dövrlərdə müxalifət nümayəndələrinin saxlanılması ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl də Daşnaksütyun partiyasının, eləcə də digər müxalif siyasi qüvvələrin üzvləri müxtəlif ittihamlarla hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müxalifət isə bu addımları siyasi təzyiq kimi qiymətləndirir.
Bizim.Media