“Telegram”ın qurucusu Pavel Durov təqsirli bilinəcəyi təqdirdə, onu Rusiyada ömürlük həbs cəzası gözləyir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi şəxsin azı bir terror cinayətinin törədilməsinə təhrik edilməsi, cəlb olunması və ya digər üsullarla bu işə qoşulması üçün məsuliyyət müəyyən edir və cəza olaraq 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə (əlavə olaraq 700 000 rubladək məbləğdə və ya məhkumun iki ildən dörd ilədək dövr ərzindəki gəliri miqdarında cərimə tətbiq edilməklə) və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd edək ki, Pavel Durov Rusiyada beynəlxalq axtarışa verilib. O, terror fəaliyyətinə kömək etmə maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi) ilə cinayət işi üzrə ittiham olunub.
Bizim.Media