“Telegram”ın qurucusu Pavel Durov Rusiyada beynəlxalq axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən məlumat yayıb.
Durov terror fəaliyyətinə kömək etmə maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi) ilə cinayət işi üzrə ittiham olunub.
FSB-nin məlumatına görə, “Telegram” administrasiyası Ukrayna kəşfiyyat orqanlarının terror hücumları, kütləvi qətllər və kiberfırıldaqçılıq planlaşdırmaq üçün istifadə etdiyi kanalları, çatları və botları silə bilməyib. Bu, çoxsaylı itkilərə və milyardlarla dollar ziyana səbəb olub.
Bizim.Media