Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıqla bağlı ictimai açıqlamalarından sonra təhdidlər aldığını bildirib.
Bizim.Media xəbər verir ki, Anna Akopyan bu barədə sosial şəbəkədə paylaşım edib.
"Ümid edirəm ki, dövlət qurumları belə bir hadisəyə imkan verməyəcək. Çünki ölkənin birinci xanımının zorakılığa məruz qalması dövlətin nüfuzuna ciddi zərbə vurar", – deyə o vurğulayıb.
Anna Akopyan son günlər ailədaxili zorakılıq problemi ilə bağlı səsləndirdiyi fikirlərin ardından müxtəlif təhdid mesajları aldığını qeyd edib.
Bizim.Media