Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani və Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Münirlə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
Bizim.Media xəbər verir ki, görüşlər zamanı tərəflər ABŞ və İran arasında dialoq və diplomatiyanın qorunmasının, eləcə də anlaşma memorandumunda razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.
Danışıqlarda, həmçinin Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməsi, regional təhlükəsizliyin qorunması, əldə olunan irəliləyişlərin saxlanılması və sabitliyin dəstəklənməsinin önəmi qeyd olunub.
Bizim.Media