Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Bizim.Media