İrlandiyanın paytaxtı Dublində fəaliyyət göstərən Sultan Məcidi məscidinə hücum olub.
Bizim.Media xəbər verir ki, TRT Haber-in məlumatına görə, hücum Türkiyə mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən məsciddə baş verib.
Bildirilib ki, cümə namazı zamanı məscidə daxil olmağa çalışan ifrat sağçı radikal mühafizəçiyə yumruqla zərbə endirib.
Məscidin mühafizəçilərinin və yaxınlıqda olan insanların müdaxiləsi nəticəsində hadisənin daha da böyüməsinin qarşısı alınıb.
Zərərçəkənlər hücum edən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər.
Bizim.Media