Rusiyada fırıldaqçılar kilsə rəhbərlərinin adından keşişləri aldadaraq onlardan pul və şəxsi məlumat əldə etməyə çalışırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva Patriarxlığının Getşendorf şəhərindəki Müqəddəs Georgi monastırının baş keşişi məlumat yayıb.
Bildirilib ki, dələduzlar messencerlərdə din xadimlərinə onların bioqrafiyalarına uyğun suallar verir, seminariyanı bitirib-bitirmədikləri ilə maraqlanır, daha sonra isə guya patriarxla görüşə dəvət edirlər.
Məqsəd isə onlar haqqında daha çox məlumat toplamaq, pul ələ keçirmək və ya "Dövlət Xidməti" hesabına giriş əldə etməkdir.
Bizim.Media