Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yanacaq böhranından narazılıq edən və bu məsələni siyasiləşdirən şəxsləri “beşinci kolon” adlandırıb.
Bizim.Media xəbər verir ki, Volodin bu cür mövzuların siyasi məqsədlər üçün istifadə edilməsinin yolverilməz olduğunu bildirib.
“Bu mövzular heç bir halda siyasiləşdirilməməlidir. Çünki bu artıq başqa bir şeyin – ölkə daxilindəki “beşinci kolon”un əlamətlərini xatırladır. Bu məsələdə populizm və demoqogiya təkcə dağıdıcı deyil, həm də son dərəcə təhlükəlidir. Ölkə uğrunda mübarizə aparmaq lazımdır və ölkəni gücləndirən, problemləri həll edən bütün təkliflər dəstəklənməlidir”, – deyə Volodin vurğulayıb.
Bizim.Media