Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Rusiya-Ukrayna müharibəsi uzandıqca Moskva cəbhədə itkilərini kompensasiya etmək üçün dünyanın müxtəlif ölkələrindən muzdlular cəlb etməyə davam edir. Bu prosesdə ən çox hədəfə çevrilən bölgələrdən biri isə Afrika qitəsidir.

Bizim.Media xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün 100-dən çox ölkədən muzdlular cəlb edib. Müdafiə Nazirliyi ilə əlaqəli işəgötürənlər əsasən yoxsulluğun yüksək olduğu ölkələrin vətəndaşlarını hədəfə alırlar.

Saxta müqavilələr, gerçək müharibə

Bir çox hallarda insanlar aldadılır. Onlara rus dilində məzmununu başa düşmədikləri əmək müqavilələri imzalatdırılır, yüksək maaşlı iş vəd edilir. Lakin qısa müddət sonra onlar özlərini Ukraynadakı döyüşlərin ən qaynar nöqtəsində tapırlar.

Hərbi analitiklərin fikrincə, xarici muzdlular minimal hazırlıqla ən təhlükəli hücum əməliyyatlarına göndərilir və faktiki olaraq "top yemi" kimi istifadə olunurlar.

Afrika əsas hədəfdir

Ukrayna Müdafiə Nazirliyi ilə əlaqəli "Mən yaşamaq istəyirəm" layihəsinin məlumatına görə, Rusiya ordusunda Qana, Kamerun, Keniya və Misir başda olmaqla Afrika ölkələrindən təxminən 3 min nəfər döyüşür. Onlardan artıq 500-dən çoxunun həlak olduğu bildirilir.
 

Təhlükəsizlik üzrə ekspertlər qeyd edirlər ki, rusiyalı işəgötürənlər təsadüfi fəaliyyət göstərmirlər. Onlar gənclərin çoxluq təşkil etdiyi, işsizlik və yoxsulluğun geniş yayıldığı ölkələri seçirlər.


Telegram və WhatsApp qruplarında, eləcə də sosial şəbəkələrdə yayılan elanlarda ayda 2-3 min dollar əməkhaqqı vəd edilir ki, bu da ağır iqtisadi vəziyyətdə yaşayan insanlar üçün böyük məbləğ hesab olunur.

Qana və Uqanda – ən çox zərər görən ölkələr

Citizen Digital nəşri yazır ki, Qərbi və Şərqi Afrikada fəaliyyət göstərən geniş işəgötürmə şəbəkəsi gəncləri yüksək maaş və xaricdə işləmək vədi ilə Ukrayna cəbhəsinə göndərir.

Qana hazırda döyüşlərdə ən çox itki verən xarici ölkələrdən biridir. Həlak olanların ailələri bildirirlər ki, onların bir çoxu Rusiya tərəfindən rəsmi şəkildə qeydə alınmadığından ailələrə qanunla nəzərdə tutulan kompensasiyalar ödənilmir.

Uqandada isə yoxsulluq və işsizlikdən istifadə edən saxta məşğulluq şirkətləri yüzlərlə gənci müharibəyə göndərib. Yerli KİV-lər çoxsaylı Uqanda vətəndaşının Ukraynada itkin düşdüyünü bildirirlər.

Keniya və Botsvana da xəbərdarlıq edir

Keniya hökuməti də artıq bu problemin mövcudluğunu təsdiqləyib. Xarici işlər naziri Musaliya Mudavadi bildirib ki, hökumətin icazəsi olmadan başqa ölkənin ordusunda xidmət qanunsuzdur.
 

Məlumata görə, işə götürülən şəxslərə Rusiya vətəndaşlığı və 23 min dollara qədər bonus vəd olunub. Hazırda ən azı 252 keniyalının Rusiya ordusuna cəlb edildiyi bildirilir.


Botsvana hökuməti isə vətəndaşlarını saxta iş elanlarına qarşı ehtiyatlı olmağa çağırıb. Ölkənin Xarici İşlər Nazirliyi bildirir ki, Rusiyanın işəgötürmə şəbəkələri tərəfindən aldadılan və müharibəyə göndərilən vətəndaşların sayı sürətlə artır.

Müharibədən sonra Afrikanı yeni təhlükə gözləyir

African Defence Forum nəşri yazır ki, Ukrayna cəbhəsində döyüşmüş afrikalıların geri qayıtması gələcəkdə qitənin təhlükəsizliyi üçün ciddi risk yarada bilər.

Ekspertlərin fikrincə, onlar pilotsuz uçuş aparatları, radioelektron mübarizə, kəşfiyyat, şifrəli rabitə və müasir döyüş taktikaları sahəsində təcrübə qazanırlar ki, bu biliklər Afrikadakı silahlı qruplar üçün böyük əhəmiyyət daşıya bilər.
 

Uqandalı hüquqşünas Ceyms Ndjoqu Vanquinin sözlərinə görə, müharibədən qayıdan və cəmiyyətə inteqrasiya olunmayan şəxslər gələcəkdə cinayətkar şəbəkələrin, üsyançı qrupların və özəl hərbi şirkətlərin əsas hədəfinə çevrilə bilərlər.


Avropa Xarici Əlaqələr Şurasının tədqiqatçıları Uill Braun və Lena Krauze də bildirirlər ki, Ukrayna müharibəsindən sonra döyüşlərdə sınaqdan çıxmış böyük həcmdə silahın qlobal bazarlara, xüsusilə də Afrika qitəsinə axını yeni silahlı münaqişələrin sayını və intensivliyini artıra bilər.

Hazırda Rusiyanın "Afrika Korpusu" vasitəsilə qitədə minlərlə muzdlusu fəaliyyət göstərir. Ekspertlər hesab edirlər ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra bu sayın daha da artacağı istisna edilmir. (Mənbə: Haqqin.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hansı rayonlarda nə qədər şəxs işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonlarda nə qədər şəxs işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

End of content

No more pages to load

RADİO