İyunun 10-da Ermənistan Müdafiə Nazirliyinin zabiti N.A.-nın ölümü faktı ilə bağlı cinayət işi başlanıb və hazırda ilkin istintaq aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə " NEWS.am" saytına respublikanın İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl yerli KİV-lər ötən gün "Baqramyan" hərbi poliqonunda keçirilən tank təlimləri zamanı bir zabitin dünyasını dəyişdiyi barədə məlumat yaymışdılar.
Bizim.Media