Putinin xüsusi elçisi yadplanetlilərdən kömək istədi

Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev rəsmi "X" (keçmiş Twitter) sosial şəbəkə hesabında Böyük Britaniyadakı mövcud daxili böhranla bağlı dünya mediasının diqqətini çəkən olduqca ironik bir bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, Rusiya rəsmisi bəşəriyyətlə təmasa hazırlaşdıqları iddia edilən yadplanetlilərə (kosmik sivilizasiyalara) müraciət edərək, onları Böyük Britaniyanın Baş naziri Kir Starmeri istefa verməyə inandırmağa çağırıb.

Dmitriyevin paylaşımında yer alan diplomatik ironiya dolu sətirlər beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub:
 

"Əziz yadplanetlilər, siz bəşəriyyətlə təmasa hazırlaşdığınız bir vaxtda, xahiş edirəm öz qüdrətinizi və xeyirxahlığınızı nümayiş etdirərək Kir Starmeri istefa verməyə inandırın. Heç bir oğurluq və ya zondlama (bədənə yad cisim yeritmə) əməliyyatına ehtiyac yoxdur — sadəcə insanların onun barəsində nə düşündüyünü ona başa salın. O, istefa verməklə Qərb sivilizasiyasına yeni bir ümid bəxş edə bilər".


Kreml rəsmisi bu qeyri-adi şərhi Böyük Britaniyanın tərkib hissəsi olan Şimali İrlandiyada Sudandan gələn miqrantın yerli britaniyalıya qarşı törətdiyi amansız hücumdan sonra başlayan kütləvi etiraz aksiyaları və hökumət əleyhinə yönələn iğtişaşlar fonunda paylaşıb.

Ekspertlər qeyd edirlər ki, rəsmi Moskva bu cür sətiraltı mesajlarla Londonun miqrasiya siyasətini və daxili təhlükəsizlik rıçaqlarının zəifləməsini diplomatik yumor prizmasından tənqid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda Özbəkistan və Qazaxıstan qarşılaşması heç-heçə bitdi - FOTO

Bakıda Özbəkistan və Qazaxıstan qarşılaşması heç-heçə bitdi - FOTO

Bakıda FACİƏ: 9-cu mərtəbədən yıxılan vəkilin oğlu imiş

Bakıda FACİƏ: 9-cu mərtəbədən yıxılan vəkilin oğlu imiş

Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

Məhkəmədən Ramiz Mehdiyev və Əli Kərimli barəsində YENİ QƏRAR

Məhkəmədən Ramiz Mehdiyev və Əli Kərimli barəsində YENİ QƏRAR

DTX-nin saxladığı Saleh Səmədov məhkəmədə ifadə verdi

DTX-nin saxladığı Saleh Səmədov məhkəmədə ifadə verdi

Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL

Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL

Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO

Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO

Yollarda görünüş MƏHDUDLAŞACAQ

Yollarda görünüş MƏHDUDLAŞACAQ

Dərslikləri süni intellekt əvəzləyə bilər – Nazirdən AÇIQLAMA

Dərslikləri süni intellekt əvəzləyə bilər – Nazirdən AÇIQLAMA

Bir zamanlar şirkət sahibi idi, indi küçələrdə yaşayır – VİDEO

Bir zamanlar şirkət sahibi idi, indi küçələrdə yaşayır – VİDEO

Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO

Tramp: “İran ordusu artıq mövcud deyil” – FOTO

Moskvada yeniyetmələrdən yüksək vəzifəli şəxsə qarşı sui-qəsd cəhdi - SENSASİON DETALLAR

Moskvada yeniyetmələrdən yüksək vəzifəli şəxsə qarşı sui-qəsd cəhdi - SENSASİON DETALLAR

Dünyanın ən sirli bitkisi çiçək açdı – FOTO

Dünyanın ən sirli bitkisi çiçək açdı – FOTO

Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi - Saxta arayışlara görə həbs olunacaqlar

Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi - Saxta arayışlara görə həbs olunacaqlar

Arsen Ağcabəyov “Şəfa”da

Arsen Ağcabəyov “Şəfa”da

Onların nəşi Azərbaycana gətirildi – ÖZƏL

Onların nəşi Azərbaycana gətirildi – ÖZƏL

Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

Putinin xüsusi elçisi yadplanetlilərdən kömək istədi

Putinin xüsusi elçisi yadplanetlilərdən kömək istədi

Şəxsiyyət vəsiqəsindəki qan qrupu – Nə qədər etibarlıdır?

Şəxsiyyət vəsiqəsindəki qan qrupu – Nə qədər etibarlıdır?

Hacıqabulda güclü yanğın – VİDEO

Hacıqabulda güclü yanğın – VİDEO

Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi iki dəfəyə yaxın azaldı

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi iki dəfəyə yaxın azaldı

“Qarabağ”ın qapıçısı hansı kluba keçir?

“Qarabağ”ın qapıçısı hansı kluba keçir?

End of content

No more pages to load

RADİO