Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

İlk rus imeratoru I Pyotrun qadınlara qarşı xüsusi həssasiyyəti olub. O xoşuna gələn bütün qadınları ələ almaq üçün hər şeyi edib. Bununla belə I Pyotrla gizli izdivacda olan qadınların sonrakı taleləri də dəhşətli və müəmmalı olub.

Rus imperatorunun məşuqələrindən biri gözəl Mariya da oxşar aqibətlər üzləşənlərdəndir...

Mariya Danilovna Hamiltonun əcdadları Rusiyaya İvan Qroznının hakimiyyəti dövründə gəlmişdilər. Qeyri-adi dərəcədə gözəl olan Mariya 1713-cü ildən Böyük Pyotrun həyat yoldaşı İmperatriça Yekaterina Alekseyevnanın xidmətçisi olub. Tarixçilərin yazdığına görə Pyotr Mariyanın görən kimi ona aşiq olur. Müxtəlif şirnikləndirici vədlərlə onu yatağına salır.

Məlumdur ki, Pyotr həyat yoldaşı Yekaterinadan həddindən artıq çəkinirdi. Ona görə də Mariya ilə münasibətlərini gizlətmək üçün qəribə üsula əl atır. Belə ki, Mariyanı saray əyanı olan İvan Orlovla evləndirir.

Pyotr Mariyadan heç cür uzaq qala bilmirdi.

Hətta xarici səfərlərinə Mariya və onun rəsmi həyat yoldaşı İvanı da aparırdı. Tarixçilər yazır ki, Mariya dəfələrlə Pyotrdan hamilə qalır. Amma hər dəfəsində bətnindəki dölü Pyotrun göstərişi ilə tələf edir.
 

Lakin imperatorla Mariyanın münasibətləri uzun sürmür. Gözlənildiyi kimi, imeratriça onların münasibətlərini öyrənir. I Pyotrun həyat yoldaşı Yekaterina Alekseyevna xəyanətin cavabı olaraq Mariya Hamiltonun edam edilməsini istəyir. Təbii ki, imperator bu tələbi yerinə yetirmək məcburiyyətində qalır.


Ancaq saray əyanlarına məsələ başqa cür izah edilir. Guya Mariya Yekaterinanın zinyət əşyalarını ourlayıb.

Beləcə gözəl Mariyanın qətlinə qərar verilir...

1719-cu ilin mart ayında xidmətçi xanımın başı kəsilir. Rus hökmdarı edamda şəxsən iştirak edir. İskelenin ətəyində o, Mariya Danilovnanı sonuncu dəfə öpür  və ona dua etməsini söyləyir.

Edamdan sonra Pyotr özünü saxlaya bilmir. Mariyanın yerə düşmüş başını qaldırır və soyuq, qanlı dodaqlardan bir daha öpür. Sonra xaç çəkərək  və başı kənara atır.

Böyük sevgi bununla bitmir...

Edamdan sonra imperatorun göstərişi ilə Mariya Hamiltonun başsız cəsədi dəfn olunur. Amma Mariyanın başı xüsusi məhlula qoyularaq şüşə qabda saxlanılır. Pyotr tez-tez sarayın zirzəmisinə düşərək Mariyanın şüşədəki başına tamaşa edirmiş. Bu Mariyanın nə qədər gözəl olduğunu, eyni zamanda Pyotrun sevgisini daim qəlbində yaşatdığını göstərir.
 

I Pyotrun ölümündən sonra Mariya Hamiltonun başı unudulur. Amma uzun illər  Kunstkamera zirzəmilərində qiymətli əşya kimi qorunur. Sonradan Hamiltonun başının yanına daha bir baş da əlavə edilir. Bu başsa I Yekaterinanın sevimlisi Villim Monsa aid idi.


Çox sonralar bu "eksponatlar" həddindən artıq spirtli içki düşkünü olan Şahzadə Yekaterina Daşkova sayəsində aşkar edilir. Sonradan II Yekaterina da başları ziyarət edir. O, hər iki başın tapıldığı zirzəmidə basdırılmasına göstəriş verir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

End of content

No more pages to load

RADİO