AVROPA ÇEMPİONU hansı komanda ola bilər? – Mütəxəssis RƏYİ

Pandemiya səbəbilə 2020-ci ildən 2021-ci ildə təxirə salınmış Futbol üzrə Avropa çempionatında qrup oyunları artıq yekunlaşıb, 8/1 final  mərhələsinin oyunları isə sabah iyunun 26-dan start götürəcək.

8/1 final mərhələsindən əvvəl qrup oyunlarının yekunları və çempionatın sonrakı oyunlarında gözlənilən nəticələr barədə bir-neçə futbol üzrə mütəxəssisləri fikirlərini, proqnozlarını Bizim.Media-nın oxucuları ilə bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Niderland yığması Bakıya gəlməyəcək? – Ermənilər yeni təxribat hazırlayıb


CBC sport kanalının idman şərhçisi Elnur Məmmədlinin fikrincə, bu il keçirilən Avropa çempionatının formatı tam fərqli olub.




Belə ki, qruplarda 3-cü yeri tutmuş 6 komandadan dördü 1/8 finala yüksəldi.

“Ukrayna son anda İsveç komandasının Polşa yığmasını məğlub etməsi səbəbilə “play-off” mərkələsinə yüksəldi. Təəssüf ki, Macarıstan komandası son dünya çempionu olan Fransa (1:1) və Almaniyadan (2:2) xal almasına baxmayaraq, qrupda qaldı. Komanda "ölüm qrupunda" olduğu üçün bundan irəli gedə bilmədi”.

Şərhçi Türkiyə komandasının göstərdiyi performansdan da danışıb:

“Təbii ki, Türkiyənin nəticələri bizi məyus etdi. Şenol Günəşin komandası Rusiya ilə birgə Avro-2020-də ən zəif təsir bağışlayan komandalar oldular. Azarkeşlər heyətinə görə qitə çempionatının ən güclülərindən olan İngiltərədən də hələ ki gözlənilən oyunu görmürlər. Onlardan fərqli olaraq, İtaliya komandası qrup mərhələsində yüksək oyun nümayiş etdirdi və hazırda 1/8 finalda Avstriya qarşısında da favoritdir. 

E.Məmmədli həmçinin 1/8 finalda favorit olacağını söyləmək çox çətin olan 3 oyun barədə də maraqlı fikirlər söyləyib.

“Belçika - Portuqaliya, Xorvatiya - İspaniya, İngiltərə - Almaniya matçları istənilən turnirin bəzəyi olacaq qarşılaşmalardandı. Kriştianu Ronaldonun bir sıra rekordları yeniləməsi də Avro-2020-də diqqəti cəlb edən hadisələrdəndir.  Azərbaycanlı azarkeşlər isə səbirsizliklə Bakıda keçiriləcək 1/4 final mərhələsinin oyununu gözləyirlər”. 

Futbol meneceri Səbuhi Səfiyarlı Bizim.Media-ya açıqlamasında isə qrup oyunlarında o qədər də gözlənilməz hadisə baş vermədiyini deyib.



Onun sözlərinə görə, oyunlar çox maraqlı keçib və gözlənilən komandalar 1/8 final mərhələsinə vəsiqə qazanıblar. 

Türkiyə komandasının göstərdiyi zəif nəticələrə üzülən mütəxəssis bildirib ki, ümumiyyətlə komandanın oyun texnikası çox zəif idi.

“Bizim azarkeşlik etdiyimiz komandanı nəzərə alsaq indiki halda Türkiyənin qrupda qalması azarkeşləri çox məyus etdi. Ən çox isə azarkeşləri üzən məqam Türkiyənin çox da güclü olmayan qrupda yer almasına baxmayaraq, final mərhələsinə adlaya bilməməsidir. Çünki o qrupda favorit İtaliya komandası sayılsa da digər komandalar Uels, İsveç və Türkiyə komandalarının şansı eyni ölçülürdü. Türkiyə isə oyunu ilə çempionata hazır olmadığını göstərdi. Komandanın oyun texnikaları çox zəif idi. Ona görə hər üç oyunda məğlub olan iki komandadan biri oldu. Makidoniyanı hər 3 oyunda məğlub olacağını poqnozlaşdırmaq olurdu, lakin bu performans Türkiyədən gözlənilməz idi”.

S.Səfiyarlı final mərhələsinə adlayan digər komandalardan da danışıb:

“Digər 1/8 final mərhələsinə gözlənilmədən yüksələn komandalardan danışsaq Ukrayna komandasını qeyd etmək olar. Çünki Ukrayna cəmi bir qələbə qazanaraq İspaniyanın Slovakiya komandasını böyük hesabla məğlub etməsi sayəsində son anda final mərhələsinə adlaya bildi”. 

Çempionatda öz komandalarının lideri olan oyunçulardan danışan mütəxəssis bildirib ki, bu oyunçular bir daha Avropanın ən önəmli oyunçu olduqlarını sübut edib.

“Burada Kriştianu Ronaldonu misal çəkmək olar ki, onun vurduğu qollar vasitəsilə komandası final mərhələsinə yüksəldi. Bundan başqa oyunçu bir çox rekordları təkrarladı və bir-neçəsini isə yeniləyə bildi. O, Avropa çempionatı oyunlarında ən çox qol vuran oyunçu rekordunu təzələdi. Bundan başqa Xorvatiya komandasının oyununda Luka Modriçin çox yaxşı formada olduğunu gördük.

Eləcə də Hollandiyanın oyunlarında Memfis Depayın lideri olmağı özünü göstərdi. Əvəzində isə Robert Levondovskinin Polşasından yüksək oyun gözlənildiyi halda tam əksinə oldu. Levondovski çox çalışdı, hətta son oyunda o, 2 qol vurub hesabı bərbərləşdirsə də onun oyun yoldaşları ona lazimi dəstəyi verə bilmədi”. 

Futbol meneceri gələcək oyunlar barədə proqnozlarını da Bizim.Media-nın oxucuları ilə bölüşməyi unutmayıb.

O, oyunun maraqlı cütlüklərini də sadalayıb.

“1/8 final mərhələsində çox maraqlı cütlüklər var. Burada yenə İtaliya, Fransa və Belçikanın qrupda göstərdikləri oyunlara əsasən favorit saymaq olar. Baxmayaraq ki, Almaniya bəzi anlarda inamsız təsir bağışladı, lakin o Macarıstanla oyunda son anda qol vuraraq qrupdan çıxmağı bacardı.  Proqnoza gəldikdə isə məsələn Belçika Portuqaliya oyununa proqnoz vermək çox çətindir. Çünki hər iki komanda demək olar ki, yaxşı oyunçulardan ibarətdir. Bu oyunun qalibi İtaliya – Avstriya oyununun qalibi ilə qarşılaşacaq.

Burda isə İtaliyanın favorit olması açıq-aşkar görünür. Mənim fikrimcə, yarım final mərhələsinə çıxan komandalardan biri məhz İtaliya olacaq. Çox güman ki, biz İtaliya və Fransa yarım finalını görəcəyik. Bu Avropa Çempionatı sanki azarkeşlərini heç bir sürpriz etmək istəmir. Çünki demək olar ki, bütün nəticələr əvvəldən proqnozlaşdırılmış proqram üzrə baş verir. Ona görə də digər yarım finalçıların Almaniya və Hollandiya komandalarının olduğunu proqnozlaşdırmaq olar. Düzdür, Danimarka və Uels kimi maraqlı futbol göstərən yığmalar da var, ancaq Hollandiya yəqin ki, digər komandalardan üstün olacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin və Uitkoffun görüşü başladı

Putin və Uitkoffun görüşü başladı

AKP-yə ideoloji bağlılıqdan Azərbaycana qarşı hücumlara – Eyni siyasi xəttin İZLƏRİ

AKP-yə ideoloji bağlılıqdan Azərbaycana qarşı hücumlara – Eyni siyasi xəttin İZLƏRİ

Hikmət Hacıyev Niderland səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə olundu? - FOTO

Hikmət Hacıyev Niderland səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə olundu? - FOTO

Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev

Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Mehdiabadda usta ev sahibini bıçaqladı

Mehdiabadda usta ev sahibini bıçaqladı

Parlamentdə bələdiyyələrin fəaliyyəti MÜZAKİRƏ OLUNDU

Parlamentdə bələdiyyələrin fəaliyyəti MÜZAKİRƏ OLUNDU

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

Siyavuş Novruzov: “Bu gün Azərbaycan regionlarının şəhərlə fərqi yoxdur”

Siyavuş Novruzov: “Bu gün Azərbaycan regionlarının şəhərlə fərqi yoxdur”

2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək

2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək

Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI

Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI

Sabiq idarə rəisi Raqif Abbasova cəza istənildi

Sabiq idarə rəisi Raqif Abbasova cəza istənildi

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Avstraliya 16 yaşdan kiçik uşaqlara görə beş sosial şəbəkəni məhkəməyə verəcək

Avstraliya 16 yaşdan kiçik uşaqlara görə beş sosial şəbəkəni məhkəməyə verəcək

Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır

Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?

Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - SAXLANILDI - FOTO/VİDEO

Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - SAXLANILDI - FOTO/VİDEO

Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır

Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır

Məşhur ukraynalı bloqer cəbhədə həlak oldu – FOTO

Məşhur ukraynalı bloqer cəbhədə həlak oldu – FOTO

Bəzi fermerlərin subsidiyaları 50 faiz azaldılacaq - Əkinçilikdə yeni qaydalar

Bəzi fermerlərin subsidiyaları 50 faiz azaldılacaq - Əkinçilikdə yeni qaydalar

Qarabağda sahibkarlıqla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ – Hansı güzəştlər olacaq?

Qarabağda sahibkarlıqla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ – Hansı güzəştlər olacaq?

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Azərbaycanda yağ KƏSKİN BAHALAŞDI

Azərbaycanda yağ KƏSKİN BAHALAŞDI

End of content

No more pages to load

RADİO