Bu gün NATO ölkələri ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrindən istifadə edərək nüvə silahından çəkindirmə təlimlərinə başlayır.
Bizim.Media “İnterfax”a istinadən xəbər verir ki, “Steady Noon” adlı təlimlər Belçika, Böyük Britaniya və Şimal dənizi ərazilərində keçiriləcək. Oktyabrın 30-dək davam edəcək hava təlimlərinə NATO-nun 14 ölkəsindən 60 təyyarə cəlb olunacaq.
Bu məqsədlə ABŞ Hərbi Hava Qüvvələri Avropaya nüvə silahı daşımağa qadir olan B-52H strateji bombardmançı qrupunu göndərəcək.
Eyni zamanda NATO bəyan edib ki, təlim əvvəlcədən planlaşdırılıb, hazırki hadisələrlə bağlı deyil və təyyarələrdə hərbi silahlardan istifadə edilməyəcək.
Bizim.Media