Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada yallı gediblər.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər “Telegram” kanallarında yayılıb.
Görüntülərdə xarici diplomatların sözləri Cabir Novruza, musiqisi Faiq Şücəddinova məxsus olan “Azərbaycan” mahnısının sədaları altında rəqs etdikləri və yallı getdikləri əks olunub.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Bizim.Media