Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.

Bizim.Media məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Ursula fon der Lyayen,

Hörmətli cənab Antonio Kosta,

Hörmətli 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları!

Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır. Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir.
 

Avropa Cənubi Qafqazla əlaqələrini dərinləşdirdikcə, biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri, sizləri Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesini dəstəkləməyə, eyni zamanda, Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırıq.


Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir.

30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarların yeri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir.

2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub.
 

Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz.


Digər vacib humanitar problem Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsidir.

Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub.

Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur.
 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizi Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edirik.


Bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.

İnanmaq istərdik ki, Ermənistana qarşıdakı səfəriniz zamanı Azərbaycana ciddi təsir göstərən bu humanitar problemlərin həlli üçün Avropanın kollektiv qətiyyətini nümayiş etdirəcəksiniz.

İmzalar:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

3. Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

4. Novella Cəfərova – "D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri

5. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

6. Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri

7. Rey Qasımov - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri

8. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri

9. Səidə Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri

10. İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

11. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyinin sədri

12. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

13. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

14. Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

15. Elşad Eyvazov – "Tərəfsiz Jurnalistlər" İctimai Birliyinin sədri

16. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

18. Zaur Məmmədov - "Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri

19. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

20. Hacı Abdulla – "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri

21. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

22. Lalə Sərdarlı – "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri

23. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

24. Tünzalə Abdullalimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

25. Fəridə Mirişova - "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri

26. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

27. Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri

29. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri

30. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri

31. Şəlalə Həsənova - "İctimaiyyətlə əlaqələrin inkişafına dəstək" İctimai Birliyinin sədri

32. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru

33. Xətai Ələsgərov - "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri

34. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri

35. Cəsarət Hüseynzadə - "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO