Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mayın 1-də Heydər Əliyev Mərkəzində “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alena Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
 

Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda, milli yaddaşın və mənəvi dəyərlərin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.


"Hacı Zeynalabdin Tağıyev bugünkü Azərbaycanı görə bilsəydi, yəqin ki, yalnız arzularının deyil, bəlkə də heç təsəvvür edə bilmədiyi bir gələcəyin gerçəkləşdiyinin şahidi olardı. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, Tağıyev dövründə əsası qoyulan quruculuq, millətçilik və maarifçilik ideyaları özünün ən parlaq ifadəsini tapır", - deyə Ayaz Salayev bildirib.

Daha sonra “Tağıyev: Məktəb” bədii filminin nümayişi olub.

Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyətdir. O, çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur. Artıq yaşlı vaxtında tale onun üçün daha bir sınaq hazırlayır.
 

O, parlaq gələcək üçün zəka, təhsil və dünyagörüşü hər kəsə əlçatan olmalıdır deyərək vacib qərar verir. Sonrakı nəsillərin bilikli və savadlı olması üçün verilən bu qərar nəticədə onun öz taleyi ilə yanaşı, millətinin də taleyini dəyişir.


“Tağıyev: Məktəb” filmində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Filmin nümayişindən sonra çıxış edən filmin quruluşçu rejissoru Zaur Qasımlı, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və yaradıcı heyətin digər üzvləri ekran əsərinin ideya və çəkiliş prosesi barədə fikirlərini bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva başda olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkür bildirilib.
 

Qeyd olunub ki, layihənin yüksək səviyyədə hazırlanması komandada birgə əmək, peşəkarlıq və yaradıcı yanaşmanın nəticəsidir. Filmin çəkilişində iştirak edən hər kəsin zəhməti xüsusi olaraq vurğulanıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.


Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub.

“Tağıyev: Məktəb”in təqdimatı da Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edir.

“Tağıyev” filminin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Məlumat üçün deyək ki, “Tağıyev: Neft” , “Tağıyev: Çar” və “Tağıyev: Sona” filmlərini ölkə üzrə kinoteatrlarda 200 minə yaxın tamaşaçı izləyib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.
 

Filmlərin ölkə daxilində və xaricində də geniş təqdimat mərasimləri olub. Həmçinin “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-nin kino sənayesinin mərkəzinin – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib.


Bununla yanaşı, bədii filmin ilk bölümü dünyada məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb.

Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Məmməd Səfa, Mehriban Zəki, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və aktyorlar Manaf Dadaşov, Rövşən Ağayev, Rüstəm Cəbrayılov, Vüsal Hacıqədir, Sənan Əlləz, Dəniz Tacəddin, Fəridə Qurbanova, Rövşən Məmmədli, Namiq Ağayev, Kamran Yunis, Nofəl Şahlaroğlu, İsmayıl Kərimov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı, o cümlədən Rusiya və Belarusdan dəvət edilən peşəkar aktyor heyəti də daxil olmaqla geniş yaradıcı heyət filmdə tarixi personajları canlandırıb.
 

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.


Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır.

Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz”, “Sükut içində addımlar” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filmini ərsəyə gətirməklə Mərkəz Azərbaycanın tarixi kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olur.

“Tağıyev: Məktəb” bədii filminin treylerini buradan izləmək olar.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO