Gəncə şəhərindən 2 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə maksimum nəticə göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Dəniz Bayramova və Gəncə şəhər 2 saylı internat tipli xarici dillər təmayüllü gimnaziyanın IX sinif şagirdi Seymur Hüseynov maksimum nəticə - 300 bal toplayaraq yüksək nailiyyət əldə ediblər. (oxu.az)
Bizim.Media