Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfərin həyatını itirib.
Məlumata görə, saat 21:40-da xanım sürücünün idarə etdiyi KIA markalı, 77-GY-014 dövlət nömrə nişanlı avtomobil nəzərdə tutulmayan yerdən keçən piyada Fuad Oqtay oğlu Ədilovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media