Gəncədə kuryer yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.
Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub.
Qəza zamanı mopedin sürücüsü, kuryerlik edən 2009-cu il təvəllüdlü Y. Babayev hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu