Zaporojye AES-in ruslar tərəfindən işğal olunmuş bir hissəsinə “Axmat” xüsusi çevik reaksiya dəstəsi nəzarət edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri tərəfindən yaradılan milli müqavimət mərkəzi yayıb.
Mərkəzin hesabatında deyilir ki, ruslar stansiyada mühafizəni daim gücləndirir, postlarının sayını artırıb.
Mərkəz həmçinin bildirir ki, Rusiya Zaporojye AES-i öz elektrik şəbəkəsinə ən qısa zamanda qoşmağa çalışır.
Bizim.Media