Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok Vaşinqtonda baş verənləri şərh edib.
Bizim.Media “Sky News”a istinadən xəbər verir ki, ABŞ-da baş verənlərə münasibət bildirən Kim Darrok deyib ki, “dəyən ziyanı qarşılamaq bir az zaman tələb edəcək. Kapitolidə yaşananlardan sonra isə, artıq ABŞ demokratiyanın parlayan mayakı deyil”.
Kim Darrok əlavə edib ki, tərəfdarlarından Kapitolini zəbt etmək tələbi Donald Trampa məxsusdur, yaranan situasiya isə qaçılmaz idi.
Bizim.Media